...

İlham Əliyev II Elizabeti təbrik edib

Siyasət Materials 14 İyun 2013 18:55 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev II Elizabeti təbrik edib

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabetə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan ilə Birləşmiş Krallığı möhkəm dostluq əlaqələri birləşdirir. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi bütün sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız üçün əlverişli zəmin yaratmışdır.

İnanıram ki, davamlı siyasi təmaslarımız, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığımız və ölkələrimiz arasında daim gerçəkləşən mədəni mübadilələr ikitərəfli münasibətlərimizin çevrəsini genişləndirməklə bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

İlham Əliyev II Elizabetə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına daim sülh və firavanlıq diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti