...

Türkiyənin baş naziri İstanbuldakı aksiyaların iyunun 16-na kimi dayandırılmasını tələb edib

Siyasət Materials 15 İyun 2013 23:08 (UTC +04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İstanbuldakı aksiyaların iyunun 16-na kimi dayandırılmasını tələb edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada keçirilən mitinqdə çıxışı zamanı Ərdoğan deyib ki, əgər aksiyalar dayandırılmasa, hüquq-mühafizə orqanları müdaxilə edəcək.
Türkiyənin baş naziri İstanbuldakı aksiyaların iyunun 16-na kimi dayandırılmasını tələb edib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İstanbuldakı aksiyaların iyunun 16-na kimi dayandırılmasını tələb edib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Ankarada keçirilən mitinqdə çıxışı zamanı Ərdoğan deyib ki, əgər aksiyalar dayandırılmasa, hüquq-mühafizə orqanları müdaxilə edəcək.

"İyunun 16-da AKP-nin İstanbulda mitinq keçirməsi planlaşdırılır. O zamana qədər Taksim meydanı və Gezi parkı boşaldılmalıdır. Əgər bu olmasa, ölkənin hüquq-mühafizə orqanları oranı boşaldacaq" - deyə Ərdoğan əlavə edib.

Xəbər lenti

Xəbər lenti