...

ABŞ "Taliban"la danışıqlar masasına oturur

Siyasət Materials 18 İyun 2013 21:40 (UTC +04:00)
ABŞ Dövlət Departamenti və Ağ Ev rəsmiləri iyunun 20-də "Taliban" üzvləri ilə görüşəcəklər. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.
ABŞ "Taliban"la danışıqlar masasına oturur

Azərbaycan, Bakı, 18 iyun /Trend/

ABŞ Dövlət Departamenti və Ağ Ev rəsmiləri iyunun 20-də "Taliban" üzvləri ilə görüşəcəklər. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

"Taliban" lideri Məhəmməd Ömər görüşün təşkilatın Qətərin paytaxtı Dohada yeni açılan ofisində keçiriləcəyini bildirib.

ABŞ-ın təşkilatı "əl-Qaidə" ilə əlaqələri kəsərək zorakılığa son qoymağa və Kərzai hökumətinə qarşı mübarizəni dayandırıb Əfqanıstan konstitusiyasını dəstəkləməyə çağıracağı gözlənilir.

Obama administrasiyasının açıqlamasında "Taliban"ın Dohada siyasi ofis açmaq qərarının təşkilatın "əl-Qaidə" ilə əlaqələrinin kəsilməsi üçün önəmli bir addım olduğu bildirilir.

ABŞ və "Taliban" təmsilçiləri arasındakı ikitərəfli danışıqlardan sonra təşkilatın Əfqanıstan Prezidenti Həmid Kərzainin Ali Sülh Şurası ilə də görüşərək müzakirələr aparacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti