...

Fransa İran Prezidentinin Suriya üzrə beynəlxalq konfransda iştirakını dəstəkləyir

Siyasət Materials 19 İyun 2013 01:58 (UTC +04:00)
Fransa Prezidenti Fransua Olland İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin Suriya münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfransda iştirakını dəstəkləyir.
Fransa İran Prezidentinin Suriya üzrə beynəlxalq konfransda iştirakını dəstəkləyir

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Fransa Prezidenti Fransua Olland İranın yeni seçilmiş Prezidenti Həsən Ruhaninin Suriya münaqişəsinin nizamlanması üzrə beynəlxalq konfransda iştirakını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə "Frans Press" agentliyi xəbər yayıb.

Olland Şimali İrlandiyada G8 sammitinin yekunu üzrə bəyan edib ki, "əgər fayda verə biləcəksə", Ruhani sülh konfransında arzu olunan qonaq olacaq.

Qeyd edək ki, İranda prezident seçkilərinə qədər Fransa İranın Suriya üzrə konfransda iştirakının əleyhinə idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti