...

Goranboy rayonunun sosial-iqtisadi inkişafı üçün maliyyə vəsaiti ayrılıb

Siyasət Materials 19 İyun 2013 18:39 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Goranboy rayonunun sosial-iqtisadi inkişafı üçün maliyyə vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan bir milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti