...

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyası MSK sədri ilə görüşüb

Siyasət Materials 19 İyun 2013 20:01 (UTC +04:00)
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların dəyərləndirilməsi missiyası Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun missiyası MSK sədri ilə görüşüb

Azərbaycan, Bakı, 19 iyun /Trend/

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Ehtiyacların dəyərləndirilməsi missiyası Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.

Komissiyadan Trend-ə verilən məlumata görə, missiya üzvlərini salamlayan MSK sədri Komissiyanın nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq etdiyini bildirib. Sədr missiya üzvlərinin xahişi ilə seçkilərə hazrlıq istiqamətində görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. O, həmçinin seçkilərlə bağlı bir sıra layihələrin müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Görüşdə qonaqların sualları cavablandırılıb və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Missiya üzvləri səmimi qəbula görə təşəkkür edib və Mərkəzi Seçki Komissiyasına uğurlar arzulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti