...

BMT Baş katibi beynəlxalq ictimaiyyəti münaqişələri həll etmək istiqamətində səylərini artırmağa çağırıb

Siyasət Materials 20 İyun 2013 11:23 (UTC +04:00)
BMT-nin Baş katibi Pan Gi Mun Ümumdünya Qaçqinlar Günü münasibəti ilə müraciət ünvanlayıb.
BMT Baş katibi beynəlxalq ictimaiyyəti münaqişələri həll etmək istiqamətində səylərini artırmağa çağırıb

Azərbaycan, Bakı, 20 iyun / Trend, müxbir M.Əliyev/

BMT-nin Baş katibi Pan Gi Mun Ümumdünya Qaçqinlar Günü münasibəti ilə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən bildirilib.

Müraciətdə qeyd oluunur ki, dünyada məcburi köçkünlərin sayı getdikcə artmaqdadır:

"Hazırda dünyada 45 milyondan çox qaçqın və məcburi köçkün var - bu, son 20 ildə müşahidə edilən ən böyük göstəricidir. Təkcə keçən il hər qırx beş saniyədə bir nəfər evini tərk etmək məcburiyyətində qalmışdır".

BMT-nin Baş katibi vurğulayır ki, Suriyadakı böhran və müharibələr hələ də qaçqın və məcburi köçkünlərin sayının artmasının başlıca səbəbi olmaqda davam edir.

"Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında qeyd edilən qaçqınların yarıdan çoxu məhz beş müharibə gedən ölkədəndir: Əfqanıstan, Somali, İraq, Suriya və Sudan. Hal-hazırda Mali, Konqo Demokratik Respublikası və Sudanda yeni böyük yerdəyişmələr müşahidə edilməkdədir. Rəqəmlər bu dəhşətli insan faciəsinin sadəcə çox kiçik bir hissəsidir. Hər gün münaqişələr minlərlə ailələrin həyatını məhv edir. Ailələr bəzən sevdikləri insanlardan, bəzən isə müharibə xaosundan bir-birlərindən ayrı düşürlər. Bundan isə ən çox uşaqlar əziyyət çəkirlər. Qaçqınların demək olar ki, yarısı 18 yaşa çatmayan uşaqlardır və getdikcə daha çox uşaq təkbaşına qaçmağa məcbur olur".

Pan Gi Mun bildirib ki, məcburi yerdəyişmənin qaçqınlara sığınacaq verən icmalara nəzərəçarpacaq dərəcədə iqtisadi, sosial və bəzən siyasi təsirləri olur:

"Evlərindən didərgin düşmüş qaçqınların böyük əksəriyyətinə sığınacaq verən yoxsul ölkələr getdikcə daha çox və dərin problemlər qarşısında qalırlar. Hal-hazırda inkişaf etməkdə olan ölkələr dünya qaçqınlarının 81 faizinə ev sahibliyi etdikləri halda, bu göstərici 10 il əvvəl 70 faiz idi. Evlərindən didərgin düşmüş insanlar üçün davamlı həll yollarının tapılması beynəlxalq ictimaiyyətin daha çox birlik nümayiş etdirməsi və bu ağırlığı birgə çəkməyə hazır olması vacibdir. Ümumdünya Qaçqınlar Günündə mən beynəlxalq ictimaiyyəti münaqişələrin qarşısını almaq və həll etmək istiqamətində səylərini artırmağa və ailələrin yenidən birləşməsi və qaçqınların evlərinə qayıtmaları naminə sülh və təhlükəsizliyə nail olmağa yardım etməyə səsləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti