...

Mübariz Əhmədoğlu: Ermənilərin Azərbaycan-Rusiya münasibətlərini düşmən münasibətləri kimi təqdim etməsi əks-effekt verir

Siyasət Materials 20 İyun 2013 12:50 (UTC +04:00)
Ermənilərin Rusiya-Azərbaycan münasibətlərini düşmən münasibətləri kimi təqdim etməsi əks-effekt verir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.
Mübariz Əhmədoğlu: Ermənilərin Azərbaycan-Rusiya münasibətlərini düşmən münasibətləri kimi təqdim etməsi əks-effekt verir

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir E.Mehdiyev/

Ermənilərin Rusiya-Azərbaycan münasibətlərini düşmən münasibətləri kimi təqdim etməsi əks-effekt verir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq qeyd edib ki, ermənilər Şimali Qafqazda yaşayan etnik qrupları Azərbaycanın üzərinə qızışdırmaqla məşğul idilər: "Onlar bununla həm də Qərb qarşısında öz güclərini nümayiş etdirirdilər. Qərbə lazım olarsa, ləzgilər, avarlar və sair qruplar istənilən, o cümlədən antirusiya addımlar ata bilərlər. Lakin ermənilərin bu siyasəti zəifləyir. Avarlar indi ermənilərin kampaniyasında iştirakdan uzaqlaşırlar. Ortalıqda bir qrup ləzgi avantüristi qalıb".

Əhmədoğlu hesab edir ki, rəsmi Moskva onlara qarşı siyasətin sərt üzündən istifadə etməli olacaq.

Politoloqun sözlərinə görə, Dərbənddə mərkəzi küçəyə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adının verilməsi rəsmi Moskvanın razılığı olmadan mümkün deyil: "İndiki şəraitdə bu addıma rəsmi Moskvanın ləzgilərin artan separatizminə qarşı çoxspektrli cavabı kimi yanaşmaq olar. Mətbuatın yazdığına görə, Dağıstan ərazisindəki bəzi torpaqların Azərbaycana qaytarılması məsələsi müzakirə edilir. Xəstə ləzgi millətçilərini narahat edən məsələlərdən biri də budur. Sanki rəsmi Moskva ermənilərin Rusiya-Azərbaycan düşmənçiliyi barədə dediklərini neytrallaşdırmaqla məşğuldur".

Əhmədoğlu vurğulayıb ki, Moskva metrosunun tikintisinə Azərbaycan şirkətinin buraxılması təkcə iqtisadi məsələ olmayıb, həm də MDB dövlətləri içərisində Azərbaycanın inkişafının Rusiya tərəfindən qəbul edilməsi deməkdir: "Rusiya rəsmiləri vaxtaşırı Azərbaycana silah satışında problemin olmadığını diqqətə çatdırırlar. Yaxınlarda Bakıda keçirilməsi nəzərdə tutulan hərbi paradda son illərdə Rusiyadan alınmış hərbi texnikanın nümayişi "Rusiya-Azərbaycan düşmənçiliyi tərənnümçülərinə" ən yaxşı cavablardan biri ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti