...

Fransa XİN: Biz silahlarımızın özümüzə qarşı istifadə ediləcəyini görmək istəmirik

Siyasət Materials 20 İyun 2013 23:13 (UTC +04:00)
Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Suriya müxalifətinə silah vermədən öncə lazımi planlama işləri aparılmalıdır. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.
Fransa XİN: Biz silahlarımızın özümüzə qarşı istifadə ediləcəyini görmək istəmirik

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Fransanın xarici işlər naziri Loran Fabius bildirib ki, Suriya müxalifətinə silah vermədən öncə lazımi planlama işləri aparılmalıdır. Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verib.

Fabius bildirib ki, müxalifətin silahlandırılması ilə əlaqədar Fransa hələ qərarını verməyib.

O, söyləyib ki, Fransa Suriya müxalifətinə siyasi dəstək verir, lakin bütün məsələlər tam aydınlaşmayanadək, silah verilməyəcək.

"Biz silahlarımızın özümüzə qarşı istifadə ediləcəyini görmək istəmirik. Buna görə, bizim Suriya müxalifətinin rəhbəri Səlim İdrislə görüşlərimiz davam edir" - deyə o əlavə edib.

Qeyd edək ki, Fransa Suriya müxalifətinə silah yardımı ilə bağlı avqust ayınadək qərar verməyəcək.

Xəbər lenti

Xəbər lenti