...

Nazim İbrahimov: Diaspor təşkilatları arasında fikir ayrılıqlarının olması labüddür

Siyasət Materials 21 İyun 2013 11:32 (UTC +04:00)
Diaspor təşkilatları arasında fikir ayrılıqlarının olması labüddür. Fikirayrılığı olan yerdə inkişaf da var. Müxtəlif ölkələrdə azərbaycanlılar arasında rəqabət olarsa, onlar daha da aktiv işləməyə sövq olunarlar. Bir çox ölkələrdə bir təşkilatın olması bəzən arxayınçılığa gətirib çıxarır. Rəqabət olan yerdə isə inkişaf var.
Nazim İbrahimov: Diaspor təşkilatları arasında fikir ayrılıqlarının olması labüddür

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir İ.İzzət/

Diaspor təşkilatları arasında fikir ayrılıqlarının olması labüddür. Fikirayrılığı olan yerdə inkişaf da var. Müxtəlif ölkələrdə azərbaycanlılar arasında rəqabət olarsa, onlar daha da aktiv işləməyə sövq olunarlar. Bir çox ölkələrdə bir təşkilatın olması bəzən arxayınçılığa gətirib çıxarır. Rəqabət olan yerdə isə inkişaf var.

Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistələrə açıqlamasında bir sıra ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında birliyin olmaması barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, azərbaycanlıların heç bir yerdə problemi yoxdur. Sadəcə məsələlərə yanaşma tərzi dəyişməlidir:

"Yüz minlərlə azərbaycanlının yaşadığı ölkələrdə çoxlu təşkilatlar ola bilər. Fikirayrılığı, müxtəlif yanaşmalar ola bilər. Bunlar real olan şeylərdir. Əsas məsələ odur ki, hər bir azərbaycanlı Azərbaycan Respublikasının ətrafında birləşsin, onun siyatətini dəstəkləsin, türk dünyasının tanıdılması ətrafında işlər aparsın, Azərbaycanın dünyada haqq səsinin eşirdilməsinə yardımçı olsun. Qalan texniki məsələləri məncə bu qədər qabartmamalıyıq. Əsas məsələ azərbaycanlıların bir olub ölkənin ətrafında birləşməsidir."

Komitə sədrinin fikrincə, mətbuat səhifələrində diaspor təşkilatları arasında olan problemələri işıqlandırmaq Azərbaycan diasporunun fəaliyyətinə kölgə sala bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti