...

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat hazırlayır

Siyasət Materials 21 İyun 2013 13:06 (UTC +04:00)
Milli Məclis Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat hazırlayır. Trend-in məlumatına görə, bəyanatın hazırlanması üçün Azərbaycan Parlamentində işçi qrupu yaradılıb.
Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat hazırlayır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Milli Məclis Avropa Parlamentinin 13 iyun tarixli qətnaməsi ilə bağlı bəyanat hazırlayır. Trend-in məlumatına görə, bəyanatın hazırlanması üçün Azərbaycan Parlamentində işçi qrupu yaradılıb.

İşçi qrupunun rəhbəri vitse-spiker Valeh Ələsgərov, üzvləri Səməd Seyidov, Əli Hüseynli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Novruz Aslan, Asim Mollazadədir.

Müzakirələr zamanı Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, sənəd həqiqəti əks etdirmir və Azərbaycana qarşı təzyiq məqsədi daşıyır:

"Orada adı qeyd olunan İlqar Məmmədov aparıcı müxalifət nümayəndəsi kimi qeyd olunub, halbuki onun heç bir siyasi gücü yoxdur və onun özü əslində təxribatçıdır. Məhz bəzi beynəlxalq təşkilatlardakı Azərbaycanın əleyhinə olan qüvvələr onun kimilərindən ölkəmizə qarşı təzyiq məqsədi ilə istifadə edirlər".

Deputat Milli Məclis adından Avropa Parlamentinə bəyanat qəbul etməyi və orada belə sənədin qəbulunun quruma şərəf gətirmədiyi, Azərbaycan- Avropa İttifaqı arasındakı münasibətlərinə xələl gətirdiyini, Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin inkişaf etdiyini və ölkəmizin Avropa İttifaqına inteqrasiyada maraqlı olduğu əks olunmalıdır.

Deputat Siyavuş Novruzov çıxışı zamanı bildirib ki, qətnamədə onlara "donos" verən 52 QHT barədə məlumat verilir, lakin adları çəkilmir:

"Orada guya İlqar Məmmədovun prezident seçkilərində real namizəd olduğu üçün həbs olunduğu qeyd olunub. İlqar Məmmədov heç bələdiyyə seçkilərində real namizəd ola bilməz. Sosioloji sorğu keçirilsə, ictimaiyyətdə heç kim onu tanımır".

Deputat qeyd edib ki, qətnamə Azərbaycanın uğurlarına, həyata keçirdiyi layihələrə kölgə salmaq məqsədi daşıyır.

Buna cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropada Azərbaycanın dostları çoxdur, lakin lazım olan məqamda onlar yaxalarını kənara çəkirlər:

"Mən Brüsselə son səfərim zamanı bunun bir daha şahidi oldum".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti