...

AŞPA-nın yay sessiyası öz işinə başlayıb

Siyasət Materials 24 İyun 2013 11:45 (UTC +04:00)
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır.
AŞPA-nın yay sessiyası öz işinə başlayıb

Azərbaycan, Bakı, 24 iyun / Trend, müxbir S.Əhmədova /

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası öz işinə başlayır.

Trend-in AŞ PA-nın saytına istinadən verdiyi məlumata görə, sessiya çərçivəsində AŞPA Bürosunun və Daimi Komitəsinin hesabatının dinlənilməsi, Bolqarıstanda keçirilmiş növbədənkənar parlament seçkiləri,
korrupsiya ilə mübarizə, Yaxın Şərqdə vəziyyət, tibbi xidmətlərdən bərabərhüquqlu istifadə və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.

Sessiya çərçivəsində bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın çıxışı nəzərdə tutulub. Avropa Parlamentinin prezidenti Martin Şults isə iyunun 25-də çıxış edəcək.

Assambleyanın, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə İslandiya, Litva və Slovakiya Respublikasından hakimlər seçməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 28-nə kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti