...

Rusiya XİN: Suriya müxalifətini silahlandırmaq qərarı münaqişənin həllinə kömək etməyəcək

Siyasət Materials 25 İyun 2013 01:38 (UTC +04:00)
"Suriyanın dostları qrupu" görüşü zamanı bəyan edilən Suriya müxalifətinin silahlandırılması, ölkədə siyasi nizama salınmaya imkan vermir və müxalifətin qələbə haqqında illüziyalarını həvəsləndirir.
Rusiya XİN: Suriya müxalifətini silahlandırmaq qərarı münaqişənin həllinə kömək etməyəcək

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Suriyanın dostları qrupu" görüşü zamanı bəyan edilən Suriya müxalifətinin silahlandırılması, ölkədə siyasi nizama salınmaya imkan vermir və müxalifətin qələbə haqqında illüziyalarını həvəsləndirir. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər nazirliyinin başçısının müavini Mixail Boqdanov bazar ertəsi jurnalistlərə bildirib.

" Qanunsuz silahlı dəstələrin silahlandırılması, bizim fikrimizcə, Suriyada siyasi nizama salınmaya imkan vermir, çünki müxalifəti həvəsləndirirlər və bu da onun üçün illüziya yaradır, guya onun xeyirinə hərbi həll yolu var", - Boqdanov deyib.

Boqdanov bildirib ki, çərşənbə axşamı Cenevrədə hazırlıq görüşündə Rusiya ABŞ-dan "Suriyanın dostları qrupunun" bu yaxınlardakı görüşünün təfərrüatını bilmək istəyir, hansında ki, Suriya müxalifətinin silahlandırılmasının yeni haqqında bildirilib.

Xəbər lenti

Xəbər lenti