...

Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü qeyd olunub

Siyasət Materials 25 İyun 2013 23:20 (UTC +04:00)
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə mərasim keçirilib.
Daşkənddə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümü münasibətilə mərasim keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər, hərbi attaşelər, diasporumuzun üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin AMM-in qarşısındakı abidəsi önünə əklil və tər çiçəklər qoyublar.

Azərbaycanın Özbəkistandakı hərbi attaşesi Elbrus Orucov mərasimə toplaşanları salamlamış, silahlı qüvvələrimizin tarixi haqqında ətraflı məlumat verib.

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ordumuzun modernləşdirilməsi və dünya standartları səviyyəsinə çatdırılması istiqamətində güclü iş aparır və ölkəmizin hərbi büdcəsi 4,3 milyard dollardır" - deyə Orucov əlavə edib.

Mərasimdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilib, qeyd olunub ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edilib və silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etmək əzmindədir.

Sonra "Azəri qızları" uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Xəbər lenti

Xəbər lenti