...

Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzerin vəfatı ilə bağlı başsağlığı verib

Siyasət Materials 26 İyun 2013 22:00 (UTC +04:00)
Bu günlərdə İngiltərə-Azərbaycan Cəmiyyətinə ağır itki üz vermişdir – Cəmiyyətin Britaniya tərəfindən həmsədri Lord Freyzer qəfildən vəfat etmişdir.
Professor Nərgiz Paşayeva İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzerin vəfatı ilə bağlı başsağlığı verib

İngiltərə-Azərbaycan Cəmiyyətinin hörmətli üzvləri!
Əziz dostlar!

Bu günlərdə İngiltərə-Azərbaycan Cəmiyyətinə ağır itki üz vermişdir - Cəmiyyətin Britaniya tərəfindən həmsədri Lord Freyzer qəfildən vəfat etmişdir.

Lord Freyzerin vəfatı xəbəri hamımızı sarsıtdı. Bu, təkcə Cəmiyyətimiz üçün deyil, xalqlarımız üçün də itkidir, çünki tanınmış, böyük nüfuza malik bir insan olan mərhum Lord Freyzer Azərbaycanın həqiqi dostu idi. Həmsədr olduğu müddət ərzində o, ölkələrimiz və xalqlarımız arasında mədəni və humaniar təmasların genişlənməsi və inkişafı üçün əlindən gələni etmiş, əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir.

İtkimiz böyük, kədərimiz nəhayətsizdir. Lakin əminəm ki, hamımız Lord Freyzerin xatirəsini daim əziz tutacaq, Cəmiyyətimizin fəaliyyətində əsasını qoyduğu ənənələri davam etdirəcəyik.

Bizim üçün kədərli bir gündə mən yaddaşlarda əbədi yaşayacaq böyük ictimai xadim və humanist insan Lord Freyzerin fəaliyyətini bundan sonra da davam etdirmək üçün hamımızı səbrə və ruh yüksəkliyinə səsləyirəm.

Dərin hüznlə,
İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfindən həmsədri professor Nərgiz Paşayeva

Xəbər lenti

Xəbər lenti