...

Azərbaycanın hakim partiyasından Eldar Namazovun Moskva səfərinə reaksiya gəldi

Siyasət Materials 28 İyun 2013 15:39 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, Milli Şuranın Mərkəzi Aparatının rəhbəri Eldar Namazovun Moskvaya səfərindən qeyri-adi bir şey gözləməyə ehtiyac yoxdur.
Azərbaycanın hakim partiyasından Eldar Namazovun Moskva səfərinə reaksiya gəldi

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hesab edir ki, Milli Şuranın Mərkəzi Aparatının rəhbəri Eldar Namazovun Moskvaya səfərindən qeyri-adi bir şey gözləməyə ehtiyac yoxdur.

Trend-in məlumatına görə, Novruzov cümə günü jurnalistlərə açıqlamasında qeyd edib ki, Namazov Moskvada Rüstəm İbrahimbəyovla görüşüb, oturub söhbət ediblər və qayıdıb gəlib: "Rusiyada hər hansı bir ciddi dairə onların fəaliyyətini dəstəkləmir. Həm Rusiya hökuməti, həm də Rusiyanın ayrı-ayrı strukturları bu gün Azərbaycanla ciddi şəkildə əməkdaşlıq edirlər. Yəni ola bilər ki, bunlar Rusiyada kimlərləsə görüşüb, maliyyə dəstəyi axtarmaq üçün addım atıblar. Onlar da o şeyə pul qoyurlar ki, onun perspektivi olsun".

Novruzovun sözlərinə görə, Milli Şuraya baxanda görürlər ki, bunların heç bir perspektivi yoxdur və bu baxımdan da onların istər ora getməsi, istərsə də başqa yerə getməsinin heç bir əhəmiyyəti yoxdur: "İndi deyirlər, guya ABŞ-a gedəcəklər. Bir-iki səfər olacaq, gedib, gəzib gələcəklər, amma ortada heç bir nəticə olmayacaq".

O, həmçinin qeyd edib ki, Milli Şura prezident seçkilərinə qədər dağılacaq: "Seçki elan olunana qədər artıq onların dağılması prosesi gündəmdə olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti