Azərbaycan, Bakı, 28 iyun /Trend/
İranda bir neçə gün əvvəl "Buşəhr" AES istismara verilib. Trend-in cümə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə İranın Nüvə enerjisi üzrə təşkilatının rəhbəri, Beynəlxalq Atom Enerjisi Agentliyində (BAEA) və "AtomEkspo-2013" beynəlxalq forumunda İran nümayəndə heyətinin rəhbəri Firudin Abbas Davani deyib.
O bildirib: "AES-ə müəyyən texniki təftişlər və yoxlamalar lazım idi və biz onu bir neçə ay əvvəl həyata keçirdik. Bir neçə gün əvvəl "Buşəhr" AES 1000 meqavat gücündə istismara buraxılıb. Xoşbəxtlikdən hələlik AES-in işində hər hansı nasazlıq barədə məruzə etməmişik".