...

Konqresmen ABŞ prezidentini Suriya məsələsinə görə impiçmentlə hədələyib

Siyasət Materials 29 İyun 2013 02:10 (UTC +04:00)
Respublikaçı konqresmen Volter Cons ABŞ prezidenti Barak Obamanı Suriya məsələsinə görə, impiçmentlə hədələyib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumatda deyilir ki, bu, prezidentin Suriyada hərbi əməliyyat keçirməkdə israrlı olması ilə bağlıdır.
Konqresmen ABŞ prezidentini Suriya məsələsinə görə impiçmentlə hədələyib

Azərbaycan, Bakı, 29 iyun /Trend/

Respublikaçı konqresmen Volter Cons ABŞ prezidenti Barak Obamanı Suriya məsələsinə görə, impiçmentlə hədələyib. Trend-in İnterfaks-a istinadən verdiyi məlumatda deyilir ki, bu, prezidentin Suriyada hərbi əməliyyat keçirməkdə israrlı olması ilə bağlıdır.

"Çox böyük ehtimalla mən impiçmenti dəstəkləyəcəm" - deyə Cons əlavə edib.

Qeyd edək ki, o, bir müddət əvvəl bəyan etmişdi ki, əgər ABŞ ordusunun bir bölməsi belə Suriya ərazisinə göndərilsə, Konqresə prezidentin impiçmentilə bağlı təklif veriləcək.

Xatırladaq ki, U.Cons ABŞ-ın İraqda və Əfqanıstanda həyata keçirdiyi əməliyyatları da tənqid edib.

Xəbər lenti

Xəbər lenti