...

ABŞ-ın Aİ vətəndaşlarının 70 faizi barədə məxfi məlumatlara çıxışı var

Siyasət Materials 30 İyun 2013 07:37 (UTC +04:00)
Avropa İttifaqının (Aİ) ən azı 7 ölkəsinin xüsusi xidmət orqanları öz vətəndaşlarının internet aktivliyi və telefon danışıqları barədə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə informasiya verirlər.
ABŞ-ın Aİ vətəndaşlarının 70 faizi barədə məxfi məlumatlara çıxışı var

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Avropa İttifaqının (Aİ) ən azı 7 ölkəsinin xüsusi xidmət orqanları öz vətəndaşlarının internet aktivliyi və telefon danışıqları barədə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinə informasiya verirlər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu agentliyin sabiq əməkdaşı Ueyn Medsen "Privacy Surgeon" saytına bildirib.

Medsenin sözlərinə görə, Almaniya, Fransa, İtaliya, İspaniya, Niderland və Danimarkanın ABŞ ilə müvafiq razılaşmasına əsasən, bu ölkələrin xüsusi xidmət orqanları agentliyin sorğusu üzrə öz vətəndaşları haqqında, o cümlədən bu ölkələrin vətəndaşları tərəfindən mobil telefondan istifadə və onların internet aktivliyi barədə informasiya verməklə bağlı öhdəlik götürür.

Bundan əvvəl Böyük Britaniya xüsusi xidmət orqanlarının ABŞ Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlığı barədə məlumat yayılmışdı. Aİ-nin əhalisinin 70 faizi bu 7 ölkənin payına düşür.

O bildirib ki, ABŞ ilə Finlandiya, İsveç və Türkiyənin xüsusi xidmət orqanları da əməkdaşlıq edir.

Xəbər lenti

Xəbər lenti