...

Lombardini: TAP layihəsi hər iki tərəfin iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərir

Siyasət Materials 30 İyun 2013 23:22 (UTC +04:00)
Səfərimin məqsədi Azərbaycanın və İsveçrənin qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır. Trend-in məlumatına görə, bunu iyunun 30-da Azərbaycana səfərə gəlmiş İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə bildirib.
Lombardini: TAP layihəsi hər iki tərəfin iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərir

Azərbaycan, Bakı, 30 iyun /Trend/

Səfərimin məqsədi Azərbaycanın və İsveçrənin qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır. Trend-in məlumatına görə, bunu iyunun 30-da Azərbaycana səfərə gəlmiş İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədri Filippo Lombardini Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda siyasi və iqtisadi sahədə əməkdaşlıq mövcuddur.

"Biz bu əlaqələrin inkişaf etdirilməsində olduqca maraqlıyıq" - deyə Lombardini bildirib.

F.Lombardini qeyd edib ki, səfərim tamamilə düzgün bir vaxta təsadüf edib.

"Çünki bu günlərdə "Trans-Adriatik Pipeline" (TAP) boru kəməri layihəsi ilə bağlı qərar qəbul edilib. Bu hər iki tərəfin iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu göstərir" - deyə Lombardini əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində İsveçrə Konfederasiyası Federal Parlamentinin Kantonlar Şurasının sədrinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti