...

Almazbek Atambayev: Türkdilli ölkələr iqtisadi inkişafın nümunəsinə çevrilir

Siyasət Materials 16 Avqust 2013 11:41 (UTC +04:00)
Bu gün mənzərə belədir ki, Türkdilli ölkələr iqtisadim inkişafın nümunəsinə çevrilir.
Almazbek Atambayev: Türkdilli ölkələr iqtisadi inkişafın nümunəsinə çevrilir

Azərbaycan, Qəbələ, 16 avqust /Trend, müxbir A.Bədəlova/

Bu gün mənzərə belədir ki, türkdilli ölkələr iqtisadi inkişafın nümunəsinə çevrilir. Trend-in məlumatına görə, bunu Qırğızıstan Prezidenti Almazbek Atambayev Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısında çıxışı zamanı bildirib.

A.Atambayev birgə layihələrin vacibliyini vurğulayaraq əlavə edib ki, bu, türkdilli ölkələrin gələcəyi üçün zəmin ola bilər: "Mən ümid edirəm ki, elə günlər gələcək ki, biz oturacağıq və tərcüməçilərsiz bir-birimizlə danışacağıq. Bizim bu gün yaratdığımız türkdilli ölkələri birliyi gələcəkdə yaxşı nəticələr verəcək. Əgər bu günü götürsək, onda biz Türkiyə, Azərbaycan, Qazaxıstanın bütün dünyada iqtisadi inkişaf nümunəsi olmaları ilə fəxr edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti