...

Azərbaycanla Peru arasında bəzi şəxslər üçün viza rejimi ləğv olunur

Siyasət Materials 3 Fevral 2014 16:16 (UTC +04:00)
Milli Məclis Azərbaycanla Peru arasında viza rejimini ləğv edən qanunu ratifikasiya edib.
Azərbaycanla Peru arasında bəzi şəxslər üçün viza rejimi ləğv olunur

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İzzət/

Milli Məclis Azərbaycanla Peru arasında viza rejimini ləğv edən qanunu ratifikasiya edib.

Trend xəbər verir ki, Milli Məclisin fevralın 3-də keçirilən iclasında Azərbaycanla Peru arasında diplomatik və xidməti, xüsusi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında sazişi ratifikasıya edilib.

Sənəd barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, bu pasportlara malik şəxslər vizasız olaraq qarşılıqlı səfərlər edə biləcəklər: "Viza rejimini heç vaxt inkişaf etməyən ölkə ilə aradan qaldırmırlar. Belə bir sazişin bağlanması Azərbaycanın inkişafının göstəricisidir".

Komitə sədrinin sözlərinə görə, həmin pasportlara malik şəxslər səfər etdikləri ölkədə 90 gündən artıq qala bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti