...

İlham Əliyev Niderland xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 4 Fevral 2014 17:17 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İlham Əliyev Niderland xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev bu yaxınlarda Davosda Niderlandın Baş naziri Mark Rutte ilə görüşünü və söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər ətrafında səmərəli müzakirələr apardığını məmnunluqla xatırladı. Dövlətimizin başçısı Niderland Krallığının xarici işlər naziri Frans Timmermansın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Niderland Krallığının xarici işlər naziri Frans Timmermans ölkəsinin Azərbaycan ilə əlaqələri siyasi, iqtisadi və digər sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi. Frans Timmermans əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Ölkəmizin qeyri-neft sektorunda əldə olunan nailiyyətləri yüksək qiymətləndirən nazir Niderland şirkətlərinin Azərbaycan iqtisadiyyatına, xüsusilə ölkəmizin qeyri-neft sektoruna böyük maraq göstərdiklərini vurğuladı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, təhsil, birgə layihələr və digər sahələrdə inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti