...

Mübariz Əhmədoğlu: Aİ Gürcüstanın işğal olunmuş torpaqları məsələsində Rusiyaya güzəştə gedə, əvəzində isə Ukrayna məsələsində güzəşt tələb edə bilər

Siyasət Materials 6 Fevral 2014 13:20 (UTC +04:00)
Qərbin Gürcüstana etinasızlığının yeni əlamətləri üzə çıxdı. Bu etinasızlıq etimadsızlığa çevrilə bilər.
Mübariz Əhmədoğlu: Aİ Gürcüstanın işğal olunmuş torpaqları məsələsində Rusiyaya güzəştə gedə, əvəzində isə Ukrayna məsələsində güzəşt tələb edə bilər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

Qərbin Gürcüstana etinasızlığının yeni əlamətləri üzə çıxdı. Bu etinasızlıq etimadsızlığa çevrilə bilər. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Aİ Gürcüstanın ərazi bütövlüyünü əvvəlki qaydada müdafiə etməsindən geri çəkildi: "Aİ-nin Gürcüstan və Cənubi Qafqazdakı münaqişələr üzrə xüsusi nümayəndəsi Filip Lefort Gürcüstanın işğal olunmuş ərazilərində oldu. Rəsmi Tbilisinin verdiyi reaksiyadan başa düşmək olur ki, F.Lefortun Cənubi Osetiya və Abxaziyaya səfərindən Gürcüstan rəsmilərinin heç bir formada əvvəlcədən məlumatı olmayıb. Digər tərəfdən F.Lefortun 3 illik fəaliyyəti dövründə onun nə vaxtsa Abxaziya və ya Cənubi Osetiyaya səfər etməsi barədə məlumata malik deyilik. Aİ Abxaziya və Cənubi Osetiyada birgə layihələr reallaşdırır. Lakin son 3-4 ildə bu layihələrin fəaliyyəti ya dayanıb, ya da çox sönük fəaliyyətdədir".

M.Əhmədoğlu qeyd edib ki, Aİ-nin Cənubi Osetiyadakı layihələri həmişə simvolik miqdarda olsa da Abxaziyadakı layihələrdə kontent olub: "3 illik fəaliyyəti dövründə Cənubi Osetiya və Abxaziyaya bir dəfə də olsa səfər etməyən F.Lefort missiyasının başa çatması ilə əlaqədar Cənubi Osetiya və Abxaziyaya səfər etdi. Cənubi Osetiyada verdiyi müsahibədən belə anlaşılırdı ki, o, Cənubi Osetiyanın müstəqilliyini tanıyır. Sonradan Gürcüstan mətbuatına verdiyi müsahibədə dediklərini təkzib etməyə çalışdı. Rəsmi Tbilisinin fikrincə, F.Lefort Cənubi Osetiyada dediklərinin aydın təkzibini verməyib. Cənubi Osetiya Avropada müstəqilliyinin tərəfdarlarının olduğunu bildirdi. Az keçmiş İtaliyadakı şəhərlərdən biri Cənubi Osetiya ilə əməkdaşlıq barədə müqavilə imzaladı. Belə bir müqavilənin mövcudluğunu İtaliya XİN-i təkzib etsə də, fakt özü çox şeyi deyir".

Politoloq qeyd edib ki, belə mübahisəli vəziyyətdən sonra F.Lefort Abxaziyaya səfər etdi.

Onun sözlərinə görə, işğal olunmuş ərazilərlə bağlı Aİ-nin mövqeyində yaranan şübhə tək bu deyil: "Əlavə iki məqam da var. Birincisi, Aİ özünün xüsusi nümayəndəsi olan F.Lefortun Gürcüstanın ərazi bütövlüyünü şübhə altına alan fikirlərinə münasibət bildirmədi. Rəsmi Tbilisi bunu əldə edə bilməyib. İkincisi, Aİ-nin İnsan Hüquqları üzrə yeni Komissarı Gürcüstanda olarkən işğal altındakı ərazilərə yaxın kəndlərə baş çəkməkdən imtina etdi. Gürcüstan XİN-in təkidli müraciətləri nəticəsiz qaldı. XİN Aİ-nin İnsan Hüquqları Komissarından narazı qalması haqqında bəyanat yaydı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti