...

Mübariz Əhmədoğlu: "Freedom House" nəzərə almır ki, Rusiya Ermənistanda mətbuatın və siyasi partiyaların azadlığına da təsir edə bilər

Siyasət Materials 6 Fevral 2014 13:50 (UTC +04:00)
"Freedom House" Ermənistan və Dağlıq Qarabağı yenidən "qismən azad" elan etdi. Eyni zamanda Rusiyanı Ermənistanı qorxutmaqda ittiham etdi.
Mübariz Əhmədoğlu: "Freedom House" nəzərə almır ki, Rusiya Ermənistanda mətbuatın və siyasi partiyaların azadlığına da təsir edə bilər

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.Mehdiyev/

"Freedom House" Ermənistan və Dağlıq Qarabağı yenidən "qismən azad" elan etdi. Eyni zamanda Rusiyanı Ermənistanı qorxutmaqda ittiham etdi. Dövlət müstəqilliyini qoruya bilməyən Ermənistanın mətbuatın və siyasi partiyaların müstəqilliyini qoruması nonsensdir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun fikrincə, Rusiya Ermənistanın suverenliyinə təsir edə biləcək gücdədirsə, o həm də Ermənistanda mətbuatın və siyasi partiyaların azadlığına da təsir edə bilər.

M.Əhmədoğlu qeyd edib ki, "Freedom House" erməni ideallarına mütiliklə xidmət edən beynəlxalq təşkilatlardan biridir: "Ona görə belə ziddiyyətli mövqe onun üçün qəbahət deyil. "Freedom House"-dakı ermənilərin Avropadakı digər ermənilərin fikirlərindən xəbərdar olması onun özünə faydalıdır. Avropa Ermənistana öz müstəqilliyini xilas etməkdə kömək etməlidir. Bu fikirlərin müəllifi milliyətcə erməni olan Fransa vətəndaşı K.Minasyandır. Söhbət Dağlıq Qarabağın deyil, Ermənistanın taleyindən gedir".

Politoloq qeyd edib ki, uzun müddət ermənilərlə əməkdaşlıq etmiş çexiyalı ekspert, xanım Erika Lerner Azərbaycanın regiondakı mövqeyi ilə bağlı qat-qat üstün Azərbaycanpərəst mövqeyi ortalığa qoydu: "E.Lerner ermənilərin Azərbaycanda neft bumunun qurtaracağına ümid etmələrini əsassız adlandırdı. Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi status tələb etməsinin əsaslı olduğunu bildirdi. Ermənistanın daxilində də Azərbaycanın rolunun güclənməsini etiraf edənlərin sayı artır. Ermənistanın Davos forumunda iştirak etməməsini Azərbaycanın iştirakı ilə müqayisə etdilər. Eləcə də Azərbaycanın hər il bir neçə strateji müqavilə imzaladığını bildirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti