...

Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Siyasət Materials 7 Fevral 2014 11:27 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycana ilk rəsmi səfərini edəcək.
Gürcüstan Prezidenti Azərbaycana rəsmi səfər edəcək

Azərbaycan, Bakı, 7 fevral /Trend, müxbir S.Əhmədova/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili fevralın 12-də Azərbaycana ilk rəsmi səfərini edəcək. Bu barədə Trend-ə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

İkigünlük səfər çərçivəsində Georgi Marqvelaşvilinin Azərbaycan rəhbərliyi, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədovla görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Georgi Marqvelaşvilinin Azərbaycana rəsmi səfəri dekabrın sonuna nəzərdə tutulmuşdu. Lakin sonra səfər ertələnmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti