...

Azərbaycan və Pakistan 2014-cü ilin hərbi-texniki əməkdaşlığının prioritetlərini müəyyən edəcəklər

Siyasət Materials 11 Fevral 2014 11:13 (UTC +04:00)
Azərbaycan və Pakistan 2014-cü ilin hərbi-texniki əməkdaşlığının prioritetlərini müəyyən edəcəklər.
Azərbaycan və Pakistan 2014-cü ilin hərbi-texniki əməkdaşlığının prioritetlərini müəyyən edəcəklər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Pakistan 2014-cü ilin hərbi-texniki əməkdaşlığının prioritetlərini müəyyən edəcəklər.

İki ölkənin Müdafiə nazirlikləri səviyyəsində danışıqlar bu gün İslamabadda Azərbaycan və Pakistanın Müdafiə nazirliklərinin işçi qrupunun beşinci iclası çərçivəsində keçiriləcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib.

Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfovun başçılıq etdiyi nümayəndə heyəti Pakistanda səfərdədir.

Səfir qeyd edib ki, əməkdaşlıq planına uyğun olaraq keçirilən danışıqların yekunları üzrə bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

Hərbi əməkdaşlıq Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin əsas tərkib hissələrindən biridir. 2013-cü ildə dövlətlər müdafiə sahəsində saziş imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti