...

Ankarada Türkiyə, Əfqanıstan və Pakistan prezidentlərinin görüşü keçiriləcək

Siyasət Materials 11 Fevral 2014 13:35 (UTC +04:00)
Ankarada Türkiyə, Əfqanıstan, Pakistan prezidentlərinin görüşü keçiriləcək. Bu məqsədlə Əfqanıstan Prezidenti Həmid Kərzainin Türkiyəyə rəsmi səfəri başlayıb.
Ankarada Türkiyə, Əfqanıstan və Pakistan prezidentlərinin görüşü keçiriləcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Cəfərov/

Ankarada Türkiyə, Əfqanıstan, Pakistan prezidentlərinin görüşü keçiriləcək. Bu məqsədlə Əfqanıstan Prezidenti Həmid Kərzainin Türkiyəyə rəsmi səfəri başlayıb.

Əfqanıstan Prezident Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üçgünlük səfər zamanı Kərzai Ankarada Əfqanıstan,Türkiyə və Pakistan prezidentlərinin üçtərəfli iclasında iştirak etməklə yanaşı, Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyıb Ərdoğanla görüşəcək. Görüşlərdə iki tərəfli əlaqələrin inkişaf etdirilməsi və regional məsələlər müzakirə olunacaq.

Məlumata əsasən, üçtərəfli görüşdə əsasən iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələsi müzakirə olunacaq.

Türkiyə, Əfqanıstan və Pakistan prezidentlərinin görüşü sonuncu dəfə 2012-ci ilin dekabrında keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti