...

Bakıda İran İslam İnqilabının 35-ci ildönümü qeyd olunub

Siyasət Materials 11 Fevral 2014 19:50 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi tərəfindən İran İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar Bakıda rəsmi qəbul təşkil olunub.
Bakıda İran İslam İnqilabının 35-ci ildönümü qeyd olunub

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Cəfərov/

İranın Azərbaycandakı səfirliyi tərəfindən İran İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar Bakıda rəsmi qəbul təşkil olunub.

Trend-in məlumatına görə, rəsmi qəbulda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların rəhbərləri, parlament nümayəndələri, alimlər və Azərbaycanda yaşayan iranlılar iştirak ediblər.

Tədbirdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İran İslam Respublikasının 35 il ərzində əldə etdiyi nailiyyətlərdən danışıb.

Tədbirdə iştirak edən Azərbaycanın nəqıiyyat naziri Ziya Məmmədov bu gün münasibətilə İran Prezidenti və xalqını Azərbaycan hökuməti və xalqı adından təbrik edib.

İki ölkə arasında sıx iqtisadi, siyasi və mədəni əlaqələrin olduğunu bildirən nazir hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edib: "İki ölkə arasında münasibətlər inkişaf edir. Azərbaycan və İran həmişə bir-birinə bağlı olub. İran qonşu dövlət olaraq Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyən ölkə olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti