...

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Bəhreyn və Türkiyədə hərbi kurslarda iştirak edəcəklər

Siyasət Materials 16 Fevral 2014 09:40 (UTC +04:00)
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri Bəhreyn və Türkiyədə hərbi kurslarda iştirak edəcəklər

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan-ABŞ iş planına əsasən fevralın 17-dən 20-dək Manama şəhərində (Bəhreyn) "Dəniz minalarına qarşı mübarizə tədbirləri üzrə beynəlxalq təlim" və fərdi tərəfdaşlıq proqramına əsasən fevralın 17-dən 21-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması üzrə kurs keçiriləcək.

Tədbirlərdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti