...

Türkiyədə müxalifət partiyasının sıralarını 30 nəfər tərk edib

Siyasət Materials 18 Fevral 2014 11:13 (UTC +04:00)
Ankarada Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarını partiyanın 30 üzvü tərk edib.
Türkiyədə müxalifət partiyasının sıralarını 30 nəfər tərk edib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir R.Hafizoğlu/

Ankarada Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sıralarını partiyanın 30 üzvü tərk edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Anadolu" agentliyi xəbər yayıb.

Bu addıma səbəb onların partiyanın yürütdüyü siyasətdən narazılığı, eləcə də seçkiqabağı strategiyasıdır.

Türkiyədə bələdiyyə seçkiləri bu il martın 30-da keçiriləcək.

Gözlənildiyinə görə, seçkilərdə əsas mübarizə Milliyyətçi Hərəkat Partiyası ilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti