...

Ermənistan İraqda baş konsulluq açır

Siyasət Materials 18 Fevral 2014 18:57 (UTC +04:00)
Ermənistan İraqın Ərbil şəhərində baş konsulluq açmaq niyyətindədir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bağdadda iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşünün yekunları üzrə deyib.
Ermənistan İraqda baş konsulluq açır

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistan İraqın Ərbil şəhərində baş konsulluq açmaq niyyətindədir. Trend-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Bağdadda iraqlı həmkarı Nuri əl-Maliki ilə görüşünün yekunları üzrə deyib.

E.Nalbandyan İraq vətəndaşları üçün giriş vizasının verilməsi qaydalarının sadələşdiriməsi ilə bağlı hökumətin qərarını xatırladıb: "Bu, iki ölkənin sahibkarlıq dairələrinin nümayəndələri arasında işgüzar əlaqələri aktivləşdirməyə imkan verəcək".

Onun sözlərinə görə, son 4 il ərzində iki ölkə arasında əmtəə dövriyyəsi bir neçə dəfə artıb və 80 milyon dollar təşkil edib.

Əl-Maliki isə qeyd edib ki, Bağdad Yerevanla əməkdaşlığın dərinləşməsində maraqlıdır və bunun üçün böyük potensial var.

O, erməni icmasının İraqın ictimai-siyasi və iqtisadi həyatındakı rolunu yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti