...

Azay Quliyev Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri ilə görüşüb

Siyasət Materials 19 Fevral 2014 16:49 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri, Türkiyə parlamentinin üzvü İsmayıl Safi ilə görüşüb.
Azay Quliyev Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri ilə görüşüb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Beynəlxalq Qara dəniz və Xəzər dənizi Fondunun sədri, Türkiyə parlamentinin üzvü İsmayıl Safi ilə görüşüb.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, rəhbərlik etdiyi təşkilata Qara və Xəzər dənizləri hövzəsinə aid olan ölkələrlə yanaşı bir sıra Avropa dövlətlərinin də üzv olduğunu bildirən millət vəkili İ.Safi fəaliyyətlərində Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verdiklərini qeyd edib. İndiyədək mədəniyyət, sosial və iqtisadi sahədə 300-dək layihə icra etdiklərini qeyd edən İ.Safi 2014-cü ilin martın 9-da Fondunun yaradılmasının 5 illiyi münasibəti ilə İstanbulda beynəlxalq tədbir keçirəcəklərini deyib.

Görüşdə Fond sədri rəhbərlik etdiyi təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində Azərbaycanın rolunun artırılması, Aİ ilə ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi haqqında fikirlərini bildirib. İ.Safi, eyni zamanda, "Avropa Siyasət Mərkəzi" ilə Azərbaycanın münasibətlərinin inkişaf perspektivləri və mövcud potensialı haqqında da təkliflərini səsləndirib.

Şura ilə Fond arasında ikitərəfli münasibətlərin inkişafı haqqında danışan A.Quliyev Azərbaycanın Avropaya inteqrasiyası prosesi çərçivəsində iki qurum arasında uğurlu əməkdaşlıq imkanlarının olduğunu bildirib.

A.Quliyev milli maraqlarımızın beynəlxalq aləmdə təbliğinə həsr edilən layihələrin dəstəklənməsi istiqamətində Şuranın həyata keçirdiyi işlər haqqında da məlumat verərək bu sahənin fəaliyyətlərində prioritet istiqamət təşkil etdiyini vurğulayıb.

Qeyd edək ki, Fond 1999-cu ildə təsis edilib. BMT yanında müşahidəçilik statusuna malik təşkilatda 22 ölkə təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti