...

Cənubi Afrika hökuməti Azərbaycan ilə əlaqələrə böyük önəm verir (FOTO)

Siyasət Materials 21 Fevral 2014 17:18 (UTC +04:00)
Azərbaycan ilə Cənubi Afrika Respublikası (CAR) arasında "Müntəzəm siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandu"mu imzalanıb.
Cənubi Afrika hökuməti Azərbaycan ilə əlaqələrə böyük önəm verir (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan ilə Cənubi Afrika Respublikası (CAR) arasında "Müntəzəm siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandu"mu imzalanıb.

Trend Cənubi Afrika Respublikası Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana Maşaban Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Cənubi Afrika hökuməti Azərbaycan ilə əlaqələrə böyük önəm verir və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Afrikalı nazir vurğulayıb ki, CAR ilə Azərbaycan bir-birinin təcrübəsindən yararlana bilərlər.

Onun sözlərinə görə, Cənubi Afrika Respublikasının əsas əməkdaşlıq prioritetlərinə təhsil, səhiyyə, kənd təsərrüfatının inkişafı, cinayətkarlıqla mübarizə və yeni iş yerlərinin yaradılması daxildir: "Cənubi Afrika Respublikası Azərbaycan ilə enerji və müdafiə, həmçinin təhsil sahəsində əməkdaşlıqda maraqlıdır".

Nazir ümidvar olduğunu bildirib ki, iki ölkə arasında imzalanan memorandum yalnız siyasi əlaqələrin deyil, eyni zamanda, iqtisadi və ticarət əlaqələrinin, qarşılıqlı təcrübə mübadiləsinin inkişafına kömək edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti