...

Nümayişçilər Kiyevdəki bütün hökumət idarələrini nəzarət altına alıblar

Siyasət Materials 22 Fevral 2014 10:33 (UTC +04:00)
"Maydanın özünümüdafiəsi” dəstələri Kiyevdəki bütün hökumət məhəlləsini nəzarət altına alıblar.
Nümayişçilər Kiyevdəki bütün hökumət idarələrini nəzarət altına alıblar

Azərbaycan, Bakı, 22 fevral /Trend/

"Maydanın özünümüdafiəsi" dəstələri Kiyevdəki bütün hökumət məhəlləsini nəzarət altına alıblar. Belə bir bəyanatla "Batkivşina" fraksiyasından xalq deputatı Andrey Parubi çıxış edib. Trend-in məlumatına görə, bu barədə RBK xəbər yayıb.

"Bütün hökumət məhəlləsi nəzarətimiz altındadır". Onun sözlərinə görə, etirazçıların dəstələri "Sağ sektor"un üzvləri ilə birlikdə Ali Radanı, Nazirlər Kabinetini, Prezident Administrasiyasını və DİN-in Baş İdarəsini təxribatçılardan mühafizə edirlər.

Parubi onu da bildirib ki, "Maydanın özünümüdafiəsi" milis işçilərinə paytaxt küçələrində birgə patrul xidməti göstərməyi təklif edib. Deputat artıq 30-a yaxın milis işçisinin razılıq verdiyini bildirib. Patrulların hamısı qollarına sarı-mavi lentlər gəzdirirlər. Bu patrullar təxribatçılar tərəfindən soyğunçuluğa yol verilməməsi üçün təşkil olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti