...

Ali Rada Ukrayna DİN rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq müxalif deputata həvalə edib

Siyasət Materials 22 Fevral 2014 15:52 (UTC +04:00)
Ukrayna Ali Radası daxili işlər nazirinin səlahiyyətlərinin müvəqqəti icrasını müxalif Batkivşina Partiyasının deputatı Arsen Avakova tapşırıb.
Ali Rada Ukrayna DİN rəhbərinin səlahiyyətlərini müvəqqəti olaraq müxalif deputata həvalə edib

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Ukrayna Ali Radası daxili işlər nazirinin səlahiyyətlərinin müvəqqəti icrasını müxalif Batkivşina Partiyasının deputatı Arsen Avakova tapşırıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, A.Avakov Kiyevdə qarşıdurmalar zamanı müxalifətin fəaliyyətinə rəhbərlik edənlərdən biri olub.

Avakov bu posta yeganə namizəd olub, onun namizədliyini iclas zalında olan 324 deputatdan 275-i dəstəkləyib. Ali Radanın spikeri Aleksandr Turçinov səsvermədən əvvəl bildirib ki, Avakovun təyinatı koalisiya hökumətinin formalaşdırılmasına qədər müvəqqətidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti