...

Fond rəhbəri: BVF Ukraynaya yardım göstərməyə hazırdır

Siyasət Materials 23 Fevral 2014 13:47 (UTC +04:00)
Ukrayna hakimiyyəti xahiş etsə Beynəlxalq valyuta fondu (BVF) Ukraynaya kömək etməyə hazırdır.
Fond rəhbəri: BVF Ukraynaya yardım göstərməyə hazırdır

Azərbaycan, Bakı, 23 fevral / Trend /

Ukrayna hakimiyyəti xahiş etsə Beynəlxalq valyuta fondu (BVF) Ukraynaya kömək etməyə hazırdır. Trend Frans Press agentliyinə istinadən bu barədə BVF-in rəhbəri Kristin Laqard bəyan edib.

"Əgər Ukrayna hökuməti yardım üçün BVF-ə müraciət etsə, şübhəsiz ki, biz buna hazırıq. Biz bu vəziyyətin müayinəsinə kömək etməyə hazırıq", - Laqard bildirib.

BVF-ə müraciəti Ukrayna iqtisadiyyatı üçün "daha davamlı inkişaf yolunu" təmin etməyə imkan verəcək, ABŞ dövlət departamentinin yüksək vəzifəli nümayəndəsi jurnalistlərə bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti