...

Hakim partiya: Türkiyə hökuməti üzvlərinin telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib

Siyasət Materials 25 Fevral 2014 11:43 (UTC +04:00)
Hökumət üzvlərinin telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib.
Hakim partiya: Türkiyə hökuməti üzvlərinin telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir R.Hafizoğlu/

Hökumət üzvlərinin telefon danışıqlarının yazısı üçüncü tərəfə verilib. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının üzvü Məzhar Bağlı "TRT Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əminliklə demək olar ki, hökumət günahkarların aşkara çıxarılması üçün hər şeyi edir.

M.Bağlı üçüncü tərəfin kim olduğunu dəqiqləşdirməyib.

Fevralın 24-də Türkiyənin bəzi kütləvi informasiya vasitələri xəbər yaymışdı ki, 2011-ci ildə İstanbul prokurorluğu tərəfindən "Salam" təşkilatının üzvlərinə qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ölkənin həm iqtidar, həm də müxalifət partiyaları ilə sıx bağlı olan yeddi mindən artıq insanın telefon danışığı dinlənilib.

Bundan əlavə, xəbər verilir ki, antiterror əməliyyatları çərçivəsində Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidanın da telefon danışıqları dinlənilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti