...

Kabildə Novruz bayramı mərasimləri keçiriləcək

Siyasət Materials 25 Fevral 2014 15:43 (UTC +04:00)
Bu il beynəlxalq Novruz bayramı mərasimləri Əfqanıstanın paytaxtı Kabil şəhərində keçiriləcək.
Kabildə Novruz bayramı mərasimləri keçiriləcək

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Cəfərov/

Bu il beynəlxalq Novruz bayramı mərasimləri Əfqanıstanın paytaxtı Kabil şəhərində keçiriləcək.

Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, martın 27-də keçiriləcək bayram mərasimində Türkmənistan, İran, Tacikistan prezidentləri və Novruzu qeyd edən ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edəcəklər.

Mərasimlərin bir neçə gün davam edəcəyi ehtimal olunur.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib. İlk dəfə beynəlxalq Novruz bayramı mərasimi 2011-ci ildə İranda keçirilib. Bayramı şənliyi 2012-ci ildə Tacikistanın paytaxtı Düşənbədə, ötən il isə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti