...

Müsavat başqanlığına namizəd: "Mən sadəcə reallığı anladacağam və siyasi maskalar cırılacaq"

Siyasət Materials 25 Fevral 2014 15:38 (UTC +04:00)
"Sosial şəbəkədə haqqımda fikir yazanın statusundan onun kimə simpatiyası olduğu hiss olunur". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy deyib.
Müsavat başqanlığına namizəd: "Mən sadəcə reallığı anladacağam və siyasi maskalar cırılacaq"

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir E.Mehdiyev/

"Sosial şəbəkədə haqqımda fikir yazanın statusundan onun kimə simpatiyası olduğu hiss olunur". Bunu Trend-ə Müsavat Partiyası başqanının müşaviri, partiya başqanlığına namizədliyini irəli sürəcəyini bəyan edən Səxavət Əlisoy deyib.

S.Əlisoy qeyd edib ki, bu cür hərəkətlərlə onun nüfuzuna xələl gətirmək istəyirlər: "Bu, sadəcə olaraq məni istəməyənlərin "piar"ıdır. Bu, normal gediş deyil, yəni mənim xarakterimə uyğun metod deyil. Mən kişi kimi əxlaq və ləyaqət çərçivəsində mübarizənin tərəfdarıyam. Eyni partiyada olsaq da, fərqli insanlarıq. Onların yanında gözükölgəli deyiləm, yaxud hansısa səhvim yoxdur. Lakin onların kifayət qədər belə şeyləri var".

Onun sözlərinə görə, həmin insanlar bilmirlər ki, öz səhvlərini nə cür ört-basdır etsinlər: "Mən bir daha bəyan edirəm ki, ləyaqət çərçivəsində mübarizə aparmaq lazımdır. Amma onlar özlərini saxlaya bilməyəcəklər, kimlərdirsə üzə çıxacaqlar. O zaman onlar nokauta bərabər zərbə görəcəklər, yəni "siyasi nokaut"".

S.Əlisoy bildirib ki, heç kimi ona səs verməyə çağırmayıb: "Mən heç demərəm ki, mənim yüzlərlə tərəfdarım var və mən heç kimə demərəm ki, mənə səs versin. Mən sadəcə reallığı anladacağam və bəzi siyasi maskalar cırılacaq. Mən ortaya bir siyasi mübarizə metodu qoyacağam".

Başqan müşaviri hesab edir ki, rayon-rayon gəzib müsavatçılarla görüşməyin heç bir əhəmiyyəti yoxdur: "Mən sosial şəbəkədə, mətbuat konfranslarında Müsavat Partiyasının intellektual kəsiminə müraciət edəcəyəm. Amma kimsə namizədliyini verəcəksə məndən ləyaqət çərçivəsindən kənar söhbət görməyəcək və mən heç bir komanda təşkil etmək, dəstəbazlıq etmək fikrində deyiləm".

Qeyd edək ki, bir "facebook" istifadəçisi öz səhifəsində yazıb ki, Müsavat başqanlığına ən ideal namizəd olan Arif Hacılının əleyhinə kampaniyaya S.Əlisoy başçılıq edir. İddia olunur ki, S.Əlisoy artıq partiyanın daxilində tərəfdarlarını toplamağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti