...

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri istefa verib

Siyasət Materials 25 Fevral 2014 16:31 (UTC +04:00)
Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Klyuyev fevralın 23-də Viktor Yanukoviçlə Krımda görüşüb və vəzifəsindən istefa verməsi barədə ərizəsini ona təqdim edib.
Ukrayna Prezidenti Administrasiyasının rəhbəri istefa verib

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Klyuyev fevralın 23-də Viktor Yanukoviçlə Krımda görüşüb və vəzifəsindən istefa verməsi barədə ərizəsini ona təqdim edib. Trend-in məlumatına görə, bu barədə A.Klyuyevin özü UNİAN agentliyinə bildirib.

A.Klyuyev təsdiqləyib ki, istefa ərizəsini könüllü yazıb və ərizəsini şəxsən təqdim etmək üçün Krımda V.Yanukoviçlə görüşüb.

O, habelə münaqişənin nizamlanması üzrə hər hansı qərarın qəbul edilməsindən faktiki olaraq kənarlaşdırıldığını və güc tətbiqini nəzərdə tutan ssenarinin hazırlanmasından xəbəri olmadığını bəyan edib.

A.Klyuyev istintaqın faciənin baş verdiyi bütün şəraiti aydınlaşdıracağına və günahkarların cəzalandırılacaqlarına əmindir.

Bu arada bəzi mənbələrin UNİAN-a verdiyi məlumata görə, Kiyevə qayıdarkən Prezident Administrasiyasının artıq sabiq rəhbərinə hücum edilib və A.Klyuyev ciddi xəsarət alıb. Naməlum şəxslər A.Klyuyevin avtomobilini əlindən alıblar, lakin o özü hələlik bu məlumatı şərh etməkdən imtina edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti