...

Yanukoviç beynəlxalq axtarışa verilib

Siyasət Materials 26 Fevral 2014 20:31 (UTC +04:00)
Ukrayna Ali Radasının prezident vəzifəsindən məhrum etdiyi Viktor Yanukoviç beynəlxalq axtarışa verilib.
Yanukoviç beynəlxalq axtarışa verilib

Azərbaycan, Bakı, 26 fevral /Trend/

Ukrayna Ali Radasının prezident vəzifəsindən məhrum etdiyi Viktor Yanukoviç beynəlxalq axtarışa verilib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu baş prokuror səlahiyyətlərini icra edən Oleq Maxnitski deyib.

O, qeyd edib ki, bu məsələ ilə bağlı ayrıca operativ-istintaq qrupu məşğul olur.

Hazırda V.Yanukoviçin harada olduğu məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti