...

Türkiyə və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Siyasət Materials 28 Fevral 2014 16:08 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ukraynalı həmkarı Andrey Deşitse ilə telefon danışığı aparıb.
Türkiyə və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ukraynalı həmkarı Andrey Deşitse ilə telefon danışığı aparıb. Bu barədə Trend Ukrayna XİN-in rəsmi saytına istindən məlumat verir.

Məlumata görə, XİN rəhbərləri Ukraynada vəziyyəti, habelə Krımdakı son hadisələri müzakirə ediblər.

Ə.Davudoğlunun sabah Ukraynaya səfər edəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti