...

Dövlət Departamenti: Fətullah Gülənin ekstradisiyasından söhbət gedə bilməz

Siyasət Materials 1 Aprel 2014 10:49 (UTC +04:00)
"Fətullah Gülənin [hazırda ABŞ-da yaşayan ictimai din xadimi] ekstradisiyasından söhbət belə gedə bilməz". Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bəyan edib.
Dövlət Departamenti: Fətullah Gülənin ekstradisiyasından söhbət gedə bilməz

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir R.Hafizoğlu/

"Fətullah Gülənin [hazırda ABŞ-da yaşayan ictimai din xadimi] ekstradisiyasından söhbət belə gedə bilməz". Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı Türkiyənin "Sabah" qəzeti yayıb.

Harf qeyd edib ki, ABŞ və Türkiyə müttəfiqdir, lakin bu, heç də o demək deyil ki, hər iki tərəf bütün məsələlərdə həmfikirdirlər.

Bir müddət əvvəl Fətullah Gülənin Kanadadan siyasi sığınacaq istədiyi barədə məlumat verilmişdi. F.Gülən bu barədə qərara Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın onun ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd etdikdən sonra gəlib. F.Gülən Yeni Zelandiyadan da siyasi sığınacaq istəyib. Hər iki ölkə siyasi sığınacaq verməkdən imtina edib.

Bundan əvvəl Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin ABŞ-dan ekstradisiyasının mümkünlüyünü qeyd edib. Onun sözlərinə görə, Türkiyənin daxili işlərinə müdaxilə edən, ölkədə sabitliyin pozulmasına yol açan Gülənin ABŞ-dan ekstradisiyasına nail olmaq mümkündür.

Bir müddət əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ bildirib ki, Fətullah Gülənin İnterpol xətti ilə axtarışa verilməsi gündəmə gətirilə bilər. Ədliyyə naziri bu qərarın məhkəmə tərəfindən verilə biləcəyini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti