...

Missisipi ştatı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı dəstəkləyən qətnamə qəbul edib

Siyasət Materials 2 Aprel 2014 09:42 (UTC +04:00)
ABŞ-ın Missisipi ştatının Nümayəndələr palatasında "ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən" Qətnamə qəbul olunub.
Missisipi ştatı Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı dəstəkləyən qətnamə qəbul edib

Azərbaycan, Bakı, 2 aprel /Trend/

ABŞ-ın Missisipi ştatının Nümayəndələr palatasında "ABŞ ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı dəstəkləyən" Qətnamə qəbul olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, sənəddə Azərbaycanın ABŞ üçün strateji əhəmiyyət daşıyan tərəfdaş olduğu və tərəflər arasında 20 ildir ki, bir çox sahədə, o cümlədən enerji təhlükəsizliyi, beynəlxalq terrorçuluğa, narkotiklərə və insan alverinə qarşı mübarizə, kütləvi qırğın silahlarının yayılmaması və s. səmərəli əməkdaşlığın inkişaf etdiyi qeyd olunur.

Qətnamədə, həmçinin Azərbaycanın iqtisadi sahədə böyük uğurları vurğulanaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin təşəbbüskarı olduğu xüsusilə qeyd olunur.

Xatırladaq ki, keçən il Missisipi ştatı Nümayəndələr palatası Xocalı qətliamını soyqırım kimi tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti