...

Pakistan mətbuatında "Azərbaycanda soyqırım" adlı məqalə dərc edilib

Siyasət Materials 2 Aprel 2014 16:59 (UTC +04:00)
Pakistanın "The Frontier Post" qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin "Azərbaycanda soyqırım" adlı məqaləsi dərc edilib.
Pakistan mətbuatında "Azərbaycanda soyqırım" adlı məqalə dərc edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir S.Əhmədova/

Pakistanın "The Frontier Post" qəzetində Pakistanın Milli Müdafiə Universitetinin aparıcı tədqiqatçısı İffət Pərvizin "Azərbaycanda soyqırım" adlı məqaləsi dərc edilib.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məqalədə Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci ildə 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etdiyi, öz çıxışında Birinci Dünya müharibəsi və Rusiyadakı 1917-ci ilin fevral və oktyabr inqilablarından sui-istifadə edən ermənilərin bolşevik şüarları altında öz məkrli planlarını və 1918-ci ilin mart ayında Bakı Kommunasının Bakı əyalətindən azərbaycanlıları tamamilə ləğv etmək haqqında kriminal planını həyata keçirməyə başladıqlarını bildirdiyi qeyd edilib.

Yazıda Azərbaycan xalqının hər ilin 31 martında kütləvi etnik təmizləmə və soyqırım qurbanlarını yad etdiyi bildirilib.

31 mart 1918-ci il hadisələri zamanı soyqırıma məruz qalmış insanların sayı haqqında yazan İ.Pərviz "New York Times" qəzetinə istinad edərək bu rəqəmin təkcə Bakıda 12 min olduğunu bildirib. Qeyd edib ki, 1919-cu ildə keçirilmiş Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti ermənilərin Bakı hadisələrində əsas rol oynayaraq 12 min qadın, uşaq və ahılı öldürdüklərini bildirib.

Məqalədə ermənilərin soyqırım siyasətini davam etdirərək 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində yüzlərlə günahsız insanı xüsusi amansızlıqla məhv etdikləri bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti