...

KİV: Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir

Siyasət Materials 3 Aprel 2014 12:13 (UTC +04:00)
Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən mötədil, proqressiv və demokratik dövlətdir. Bu barədə Kaliforniya Universitetinin professoru Norma Zager "Jewish news service” yəhudi resursunda dərc edilmiş məqalədə deyilir.
KİV: Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən daha qabaqcıl və demokratikdir

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan müsəlman ölkələrinin əksəriyyətindən mötədil, proqressiv və demokratik dövlətdir. Bu barədə Kaliforniya Universitetinin professoru Norma Zagerin "Jewish news service" yəhudi resursunda dərc edilmiş məqaləsində deyilir.

Zager yazır ki, möhkəm dostluğu və tərəfdaşlığı dəstəkləmələri üçün Azərbaycan və İsraili birləşdirən çox şeylər var.

Məqalədə bildirilir ki, Azərbaycan hamı üçün etiqad azadlığı və bərabərlik prinsiplərinin Konstitusiya ilə təmin edildiyi dünyəvi müsəlman dövlətidir.

Müəllifin fikrincə, Azərbaycan və İsrail arasında dostluq iki ölkənin cəmiyyətlərinin açıqlığına söykənir. Ölkələr daim elmi, hərbi, kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirir və çoxlu sayda birgə biznes layihələri həyata keçirir. Müəllif yazır ki, Azərbaycan və İsrail nümayəndələri müntəzəm olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti