...

Politoloq: SSRİ-ni bərpa etməklə RF özünün dağılmasının bünövrəsini qoymuş olur

Siyasət Materials 3 Aprel 2014 12:36 (UTC +04:00)
MDB dövlətlərini təzyiq altında saxlamaq Rusiya üçün faydalı deyil. RF SSRİ-ni bərpa etməklə özünün dağılmasının bünövrəsini qoyacaq. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq: SSRİ-ni bərpa etməklə RF özünün dağılmasının bünövrəsini qoymuş olur

Azərbaycan, Bakı, 3 aprel /Trend/

MDB dövlətlərini təzyiq altında saxlamaq Rusiya üçün faydalı deyil. RF SSRİ-ni bərpa etməklə özünün dağılmasının bünövrəsini qoyacaq. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, MDB xalqlarının əksəriyyətinin prizmasından rus mədəniyyəti və ədəbiyyatı rus hərbindən daha kəsərlidir. Tarixi imperiyaların böyük əksəriyyəti öz mədəniyyətləri ilə tərkibində olmuş xalqları ətraflarında birləşdirə biliblər: "Böyük Britaniya Birliyi bunun parlaq nümunəsidir. Rusiyanın hakim elitası rus xalqının mədəniyyətinin və ədəbiyyatının gücünə inanmır, ona görə hərbi işə salıb. Hərb qısa müddət ərzində keçmiş SSRİ dövlətlərinin böyük əksəriyyətini keçmişə qaytara bilər. Amma ilk fürsətdə həmin dövlətlər yenidən Rusiyadan ayrılacaq düşmənə çevriləcəklər. Krım ətrafında hadisələr Vladimir Putinin xeyrinə başa çatdı. Amma Putin sabitləşmə-sakitləşmə dövrünü başlaya bilmir. Görünür RF-in siyasi elitası sabitləşmə dövrünü başlamağa hazır deyil".

Politoloq hesab edir ki, RF hansı uğurla Krım hadisələrini başa çatdırdısa, eyni uğurla da sabitləşmə dövrünü yaxınlaşdırmalı idi. Sabitləşmə proseslərinin başlanmamasının günahkarı Suriya hadisələri, Qərbin iqtisadi-siyasi sanksiyaları, ritorikası deyil, Rusiyanın özüdür: "Belə davam edərsə, RF bir gərginlik mənbəyini digəri ilə əvəzləyəcək. Bu gün Rusiya zəif görünmür. Lakin o həmçinin uzun müddətli geosiyasi mübarizəyə də hazır deyil. Rusiyanın daxili buna imkan vermir. Qısa müddət ərzində Rusiyadan 30 milyard dollar kapital axını çox şey deməkdir. Ona görə RF növbəti mübarizə mənbəyinin yaranmasına imkan verməməli, sabitləşmə-sakitləşmə dövrünü xeyli yaxınlaşdırmalıdır".

Onun fikrincə, bunun ən rahat variantı Türkiyə ilə münasibətlərə diqqətin artırılmasıdır: "RF, o cümlədən V.Putin bunu görmür və ya görmək istəmir. Şimali Qafqazda vəziyyətin gərginləşməsinin qarşısını yalnız isti Türkiyə-Rusiya münasibətləri ala bilər. Azərbaycana bu məsələdə hədsiz ciddi ehtiyac var. Ötən hər gün indi RF-i bir gərginlik mənbəyinin digəri ilə əvəzlənməsinə aparır. Gərginlik ocaqlarının sayını 2 olması daha çox ehtimallıdır. 2 cəbhədə uzun müddətli mübarizədən sonra RF bu gün əldə etdiklərini tam itirə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti