...

Azərbaycan və Tacikistanın Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb

Siyasət Materials 3 Aprel 2014 14:26 (UTC +04:00)
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı" imzalanıb.
Azərbaycan və Tacikistanın Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramı imzalanıb

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir S.Əhmədova/

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq proqramı" imzalanıb.

Trend-in Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməkdaşlıq proqramı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Azərbaycanda rəsmi səfərdə olan tacikistanlı həmkarı Sirociddin Aslovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşündə imzalanıb.

Görüşdə Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında siyasi əlaqələrin mövcud səviyyəsinin məmnunluq doğurduğu və əməkdaşlığın dinamik surətdə inkişaf etdiyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində nümayiş etdirdiyi mövqeyinə görə Tacikistan tərəfinə təşəkkür edib.

Tacikistanın xarici işlər naziri Sirociddin Aslov Azərbaycanın regionun lider dövləti olduğunu qeyd edərək, ölkəmizin və xüsusilə paytaxt Bakının inkişafının müsbət təsir bağışladığını bildirib.

İki ölkə arasında siyasi, iqtisadi, dağ-mədən sənayesi, sərmayələr, nəqliyyat, təhsil və təlim sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparılmış və ölkələrimizin malik olduğu potensiala uyğun olaraq, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.

Görüş əsnasında rəsmi səviyyədə təmasların və qarşılıqlı səfərlərin davam etdirilməsi barəsində razılıq ifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti