...

İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Siyasət Materials 3 Aprel 2014 16:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.
İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini qəbul etmişdir.

Patrik Hikki "Bakı 2015" Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Hazırlıq işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan Patrik Hikki bu işlərin bütün sahələrdə yüksək səviyyədə həyata keçirilməsindən razılığını bildirdi.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti